Şablon:Yeni məqalələrdən 6 nümunə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search

Bu şablon Şəki Ensiklopediyasında altı yeni yaxşı məqalənin generasiyası üçündür; altı yeni yaxşı məqalənin xülasənin Ana səhifədə avtomatik yerləşdirilməsi üçün istifadə edilir.

Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓


Nizaməddin Cəlilov.

Nizaməddin Cəlilov – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev Adına Akademiyasının rəis müavini (2016), ədliyyə general-mayoru (2013).

2005-ci ildən Azərbaycan respublikasının ədliyyə orqanlarında qulluq etməyə başlamış, 2016-cı ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini vəzifəsində işləmişdir.

2016-cı ilin sentyabr ayından Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev Adına Akademiyasında rəis müavini vəzifəsində çalışır.


Bəxtiyar Məmmədov

Bəxtiyar Məmmədov — Azərbaycan sovet dövlət xadimi və neft sənayesi mütəxəssisi, Sosialist Əməyi Qəhrəmanı; 1965 – 1970-ci illərdə Azərbaycan SSR neft hasilatı sənayesi naziri vəzifəsində çalışmışdır. Bir dəfə SSRİ Ali Sovetinin, dörd dəfə isə Azərbaycan SSR Ali Sovetinin deputatı, bir neçə dəfə Azərbaycan KP MK-nın üzvü və Azərbaycan KP Bakı Şəhər Komitəsinin büro üzvü seçilib.

1989-cu ildə – 64 yaşında, Bakıda vəfat edib.


Tələt Qasımov

Tələt Qasımov (Qasımov Tələt Əli oğlu; d. 1939-cu ildə, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 1999-cu ildə, Bakı, Azərbaycan Respublikası) — Azərbaycan SSR-in sonuncu, Azərbaycan Respublikasının isə birinci səhiyyə naziri (1979 – 1992).

Atası: Əli Qasımov, Nuxada anadan olmuşdur, 1941-ci ilədək Bakı şəhər səhiyyə idarəsində çalışıb, Bakıda tibb məktəbinin müdiri olub, 1941-ci ildə könüllü olaraq müharibəyə gedib, 1942-ci ildə itkin düşüb;

Anası: Səidə Qasımova (Əbdürəhmanova), görkəmli azərbaycanlı sovet heykəltəraş-monumentalisti Fuad Əbdürəhmanovun əmisi qızı, həkim, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda çalışıb, Nuxada anadan olmuşdur...


Ceyhun Əfəndi, 2013-cü il

Ceyhun Əfəndi (Əfəndiyev Ceyhun Vüsal oğlu; d. 1978-ci ildə, Bakı, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı iş adamı, “FlyDubai” aviaşirkətinin kommersiya işləri üzrə baş vitse-prezidenti. Şair, tərcüməçi, jurnalist Hikmət Ziyanın nəvəsidir.

2006-ci ildə Ceyhun Əfəndi bir il “Emireyts” aviokompaniyasının Banqkokda yerləşən Tailand və Hind-Çin üzrə ofisinin direktoru vəzifəsində çalışıb. 2007-ci ildən isə “Emireyts” aviokompaniyasının törəmə şirkəti olan “FlyDubai” aviaşirkətinin kommersiya işləri üzrə baş vitse-prezidentidir...


Fərrux Yusifov

Fərrux Yusifov (Yusifov Fərrux Oruc oğlu; d. 17 aprel 1916-cı ildə, Kiş, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö. 3 iyul 1976-cı ildə, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan sovet partiya, dövlət, elm və təhsil xadimi, pedaqoq, elmlər doktoru.

Azərbaycan SSR Mədəniyyət nazirinin müavini (1954 – 1957), Azərbaycan KP MK Nuxa şəhər komitəsinin birinci katibi (1957 – 1960) və s. vəzifələrdə çalışmışdır, vəfat edərkən isə SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun elmi kommunizm kafedrasının müdiri idi.


Dinarə Əliyeva

Dinarə Əliyeva – Azərbaycan və Rusiya opera ifaçısı (soprano), Böyük teatrın (Moskva, Rusiya federasiyası) solisti, Azərbaycan Respublikasının xalq artisti (2018).

2004-cü ildə isə Bakı Musiqi Akademiyasını bitirib. Daha sonra Bakı Musiqi Akademiyasının aspiranturasında təhsil alıb.

2002 – 2005 illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.

2009-cu ildən Böyük teatrın (Moskva, Rusiya federasiyası) solistidir.