Şəki Ensiklopediyası:Layihə haqqında

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Şəki Ensiklopediyasının loqosu (yeni)

Qısa məlumat[əsas redaktə]

Şəki Ensiklopediyası Şəkiyə dair ensiklopedik sayt və açıq bir viki-ensiklopediyadır. Burada hamı ensiklopedik meyarları gözləməklə Şəki ilə bağlı məqalə yarada, yaxud mövcud olan məqaləni redaktə edə bilər.

Hal-hazırda − 28 fevral 2021-ci il tarixdə, UTC vaxtı ilə saat 05:53 radələrində, Şəki Ensiklopediyasında cəmi 766 məqalə var ki, bunlardan da yalnız 407 məqalə “yaxşı” statusu daşımaqdadır və bu statusa malik bütün məqalələrin müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur. Yerdə qalan məqalələrdə “yaxşı” statusunun olmaması isə o deməkdir ki, onlar hələlik Şəki Ensiklopediyasının redaksiyası tərəfindən tam yoxlanılmamışdır və biz həmin məqalələrin məzmununa cavabdeh deyilik. Belə məqalələr arasında ensiklopedik tələblərə uyğun olmayan, qaralama vəziyyətində olan məqalələrin də olması mümkündür və biz var qüvvəmizlə və planlı şəkildə bu tip məqalələrin ensiklopedikləşdirməyə çalışırıq. Nəzərə alın ki, bu sayt 8 mart 2020-ci il tarixdə tam yenidən qurulmuş (25.05.2019-cu il tarixdə yaradılmışdı), 1 aprel 2020-ci il tarixdən isə www.sheki.wiki domenində fəaliyyət göstərməyə başlamışdır.

Ümumiyyətlə, Şəki Ensiklopediyasında məqalə sayını bir neçə il ərzində 3000 – 3500-ə çatdırmağı nəzərdə tutmuşuq. 2021-ci il üçün isə hədəfimiz yaxşı məqalə sayını 2020-ci ilin sonuna nisbətən, 2021-ci ilin sonunadak 3 dəfə artırmaq və 1000-ə çatdırmaqdır. 2021-ci il üçün başqa planımız yoxdur.

Hörmətlə, Şəki Ensiklopediyasının Redaksiya Heyəti.

WikiSysop (müzakirə) 23:38, 12 yanvar 2021 (UTC)

E-mail: admin@sheki.wiki

Həmçinin, bax:[əsas redaktə]

Şəki Ensiklopediyasının tarixinə dair videolar[əsas redaktə]