İbrahimkənd
Jump to navigation
Jump to search
Yaşayış məntəqəsi
İbrahimkənd
|
İbrahimkənd — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.
Tarixi[redaktə | əsas redaktə]
İbrahimkənd Şəki rayonunun Aşağı Kungut inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Oykonim İbrahim (Şəxs a.) və kənd komponentlərindən düzəlib, "İbrahimə məxsus kənd" mənasındadır[1].
Əhalisi[redaktə | əsas redaktə]
Kəndin əhalisi 690 nəfər təşkil edir ki, onun da 333 nəfəri kişi, 357 nəfəri isə qadındır.[2].Əhali əsasən taxılçılıq, tütünçülük, baramaçılıq, tərəvəzçilik, heyvandarlıqla məşğuldur.
İstinadlar[redaktə | əsas redaktə]
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
- ↑ 2. Azərbaycan coğrafiyası. Ensiklopedik lüğət. - Bakı: “GÜNƏŞ” nəşriyyatı, 2011.
Mənbə[redaktə | əsas redaktə]
- . Azərbaycan coğrafiyası. Ensiklopedik lüğət. - Bakı: “GÜNƏŞ” nəşriyyatı, 2011.
|